Səbətiniz Boşdur!
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Qardaş Köməyi Platformasına qoşulmuşdur
 Qardaş Türkiyədə baş vermiş güclü zəlzələdən zərər çəkənlərə kömək məqsədilə biz də hər kəsi kampaniyada aktiv iştiraka dəvət edirik.
 Aşağıda qeyd olunan zəruri məhsulları Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə təhvil verməklə, Siz də öz dəstəyinizi göstərə bilərsiz.
Məhsullar toplanaraq, aidiyyatı üzrə “Qardaş Köməyi ” platformasına təhvil veriləcəkdir.
 Zəruri məhsullar ![]()
 Çadır
 Yorğan, ədyal, yastıq
 Hazır qida (konservləşdirilmiş məhsullar)
 Yuxu tulumu
 Qış geyimləri (gödəkçə, bot, palto, papaq, şərf, əlcək, yağışlıq)
 Gigiyenik məhsullar (uşaq bezi, nəm salfet, qadın pedi, sabun)
 Generator, əl fənəri
 Power Bank və s;
 Ünvan: 28 may küç, 34, Qəbələ, Azərbaycan

Bir cavab yazın