Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Noyabrın 17-də “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” devizi altında ağacəkmə aksiyasına qoşuldu. Təhsil Mərkəzinin ərazisində müxtəlif meyvə və digər ağaclar əkildi. Qəbələ rayon Meşə Mühafizə və Bərpası müəssisəsindən verilmiş qiymətli cökə, çinar və digər ağaclar Mərkəzin ərazisində əkildi. Bundan əlavə alma, xurma, gavalı, zoğal və başqa meyvə ağacları əkilmiş və müxtəlif meyvə ağaclarının və gül tinglərinin əkilməsi nəzərdə tutulmuşdur.
- Post category:Uncategorized / Xəbərlər
- Post comments:0 Comments