Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi “Bir Peşənin Sirri” festivalında təmsil olunmuşdur

Festivalda qonaqlara Mərkəzimizdə turizm, ictimai iaşə və iqtisadiyyatın digər sahələri istiqamətində təhsil alan tələbələrin əl işlərindən ibarət sərgilər, ustad dərsləri və müxtəlif fəaliyyətlər nümayiş etdirilib.

Qeyd edək ki, “Bir Peşənin Sirri” festivalına Avropa İttifaqı ( Delegation of the European Union to Azerbaijan ) tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı ( UNDP Azerbaijan ) tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi dəstək verib. Tədbirin tərəfdaşı Dənizkənarı Bulvar İdarəsi, media tərəfdaşı isə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471