Tərəflər Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin və “Heyvandarlıq Elmi-Təqdqiqat İnstitutu” tərəflərin geniş tədris və istehsalat bazasının, təcrübəli ixtisaslı kadrlarının mövcudluğunu, habelə müvafiq sahələrdə bilik və bacarıqlarının inkişaf etdirilməsini, tədrisin məzmununun təkmilləşdirilməsinin zəruriliyini və müasir peşə təhsili mərkəzinin quruculuğunda birgə əməkdaşlıq potensialını nəzərə alaraq, razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edən Anlaşma Memorandumunu imzalamışdırlar.

Tərəflər arasında müəyyənləşdirilmiş müxtəlif istiqamətlər üzrə təhsil məhsullarını (innovasiyalar, peşə təhsili üzrə fənn proqramları, tövsiyələr, təlim metodları sistemi, təhsil modulları, təhsil layihələri) birgə hazırlamaq, elmi-tədqiqat, təcrübə-konstruktor işlərini, sınaqları birgə aparmaq, elmi nəşrləri təsis etməklə tirajlamaq, tərəflərə məxsus infrastruktur, müvafiq sahələr üzrə ixtisaslı mütəxəssislərin və kadrların hazırlanmasını, təkmilləşdirilməsini təmin və təşkil etmək, müvafiq maarifləndirilmə işlərini aparmaq, təlim-təsərrüfat sahələrində ödənişli əlavə təhsil, məsləhət-konsaltinq xidmətlərinin göstərilməsi, birgə tədqiqat və təcrübi-konstruktor işləri çərçivəsində büdcədənkənar gəlirləri stimullaşdırmaq və təhsilalanlarda sahibkarlıq vərdişlərinin aşılanmasını təşviq etmək nəzərdə tutulmuşdur.

Tədbir çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev və “Heyvandarlıq Elmi-Təqdqiqat İnstitutu”nun direktoru Mahir Hacıyev tərəfindən tərəflərin fəaliyyətlərinin əks olunduğu geniş təqdimat edilmişdir.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.