Memorandumda əsas əməkdaşlıq istiqamətləri bilik və bacarıqların daim artırılması məqsədilə razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığını təşkil etmək, gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət göstərmək, tərəflər arasında müəyyənləşdirilmiş müxtəlif istiqamətlər üzrə tədris planı və proqramlarını (kurikulumları) birgə hazırlamaq, peşəkar mütəxəssislərin ödənişli əsaslarla ilk peçə-ixtisası təhsili müəssisələrində tədris prosesinə cəlb edilməsini təmin etmək, tərəflər arasında müəyyənləşdirilmiş qaydalara uyğun olaraq təhsilalanların MMC-rin baza müəssisələrində istehsalat təlimi keçmələrinə şərait yaratmaq, müvafiq istiqamətlər üzrə təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsində BTF-nin iştirakını təmin etmək və digər işgüzar əlaqələrin yaradılmasına imkanlar yaradacaq.
Qeyd edək ki, əməkdaşlıq çərçivəsində mərkəzdə mövcud olan müvafiq istiqamətlər üzrə təhsilalanların təcrübə proqramlarında iştirak etməsi, razılaşdırılmış cari və yeni istiqamətlər üzrə təlim proqramlarının təşkili və bacarıqlarının qiymətləndirilməsi, eləcə də təcrübə proqramlarındakı iştirakı, təhsilalanların işlə təmin olunması nəzərdə tutulur.