Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində qardaş Türkiyə Respublikasının işəgötürən şirkəti olan ASA HRM Danışmanlık şirkətinin rəhbərləri ilə əməkdaşlıq istiqamətində görüş keçirilib. Qonaqlar Mərkəzin maddi-texniki bazası, infrastrukturu ilə yaxından tanış olub və birgə əməkdaşlıq imkanları istiqamətində geniş müzakirələr aparıblar.
Bu əməkdaşlıq Mərkəzin mövcud ixtisaslarına uyğun istehsalat təcrübəsi, dual təhsil proqramı və ən başlıcası məzunların məşğulluq imkanlarının əldə olunmasına xidmət edir.
Qeyd edək ki, Mərkəzimiz qardaş Türkiyə Respublikasının tanınmış işəgötürən şirkətləri ilə 2021-ci ildən əməkdaşlıq edir. Bu kimi əməkdaşlıqların əsas məqsədi peşə təhsili müəssisələrinin idarəedilməsində Türkiyədə tətbiq edilən qabaqcıl təcrübənin öyrənilməsi, təhsilalanlar və pedaqoji heyət üçün təcrübə mübadilələrinin təşkili, həmçinin tədris proseslərinin səmərəliliyinin artırılması, məzunların işlə təminatına dəstəyin göstərilməsidir.