Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən 24 dekabr 2021-ci il tarixində Azərbaycan Milli Kulinariya Mərkəzinin 30 illik Yubileyinə həsr edilmiş konfrans və “Təhsil alan Gənc Kulinarların IV Ümumrespublika Çempionatı” keçirilib.
Azərbaycan Milli Kulinariya Mərkəzinin 30 illik Yubileyinə həsr edilmiş konfransda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Tİ üzrə direktor müavini Reyhan Məmmədova və Baş usta Səlim Mehdiyev də iştirak ediblər.
Azərbaycan Milli Kulinariya Mərkəzinin 30 illiyi münasibəti ilə keçirilən tələbələrin kulinariya üzrə IV Respublika çempionatı və sərgisində Bakıda və regionlarda fəaliyyət göstərən peşə təhsili müəssisələrində kulinariya üzrə təhsil alan tələbələrdən ibarət 10-dan çox komanda iştirak edib.
Şərtlərə əsasən hər təhsil müəssisəsinin hazırladığı masalar aşağıdakı mövzuları əhatə edib:
Zəfər bayramı, Lənkəran UNESKO – nun Dünya Qastronomiya Şəhəridir, Milli Kulinariya Mərkəzinin – 30illik Yubileyi.
Zəfər bayramı Naminasiyası üzrə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin komandası I yeri əldə edib.
Qeyd edək ki, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzindən Aşpaz və qənnadçı, şirniyyatçı ixtisasları üzrə 4 tələbədən ibarət komanda iştirak edib.
Uğurlu nəticəyə görə tələbələrimizi təbrik edir, uğurlarının davamını diləyirik.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.