Tədbir Dağlıq Şirvan Regional Rabitə İdarəsinin Qəbələ şöbəsində baş tutub. Görüşdə tələbələrlə üçtərəfli müqavilələr imzalanıb, eyni zamanda tələbələrin müəssisədə iş qrafikləri müəyyənləşdirilib.
Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev və Dağlıq Şirvan Regional Rabitə İdarəsinin Qəbələ şöbəsinin müdiri Etibar İsayev iştirak ediblər.
Dual peşə təhsili və təlimi Təhsil Proqramına uyğun olaraq, tələbələr tədris ilinin sonuna qədər təhsil müəssisəsində ilkin baza biliklərə sahiblənəcəklər. Bu ixtisas üzrə tələbə statusu almış 16 nəfər peşə təhsil müəssisəsində nəzəri biliklərlə yanaşı, şöbədaxili təlimçilər vasitəsilə praktiki bacarıqlara yiyələnəcəklər.
Müəssisədə tələbələrin Dual peşə təhsili və təliminə rəhbərlik üçün təlimçilər ayrılıb və tələbələrin SƏTƏM qaydaları üzrə təlimatlandırılması həyata keçirilib.