Bu müddət ərzində Azərbaycanda ilk dəfə təşkil olunan xüsusi qayğıya ehtiyacı olan uşaqlarla çalışacaq Kölgə Müəllimi ixtisasına yiyələnmişlər. Kölgə Müəllimi ixtisasının ilk məzunları bu peşənin sirrini öyrənməklə bərabər, gələcəkdə İNPM-də işlə təmin olunma şansı qazanmışlar.

Sertifikatların təqdimetmə mərasimini geniş nitqi ilə açan İNPM-nin psixoloqu Natiq Muradbəyli iştirakçıları salamlayaraq, 2 aylıq prosesin yekun nəticələri ilə iştirakçıları məlumatlandırıb. Daha sonra mərkəzin rəhbəri Sadiq müəllim iştirakçılara peşənin sirləri barədə, onlarla gələcək əməkdaşlıq haqqında məlumat verib.

Məzunların hər birinə uğurlar arzulanaraq, sertifikatlar təqdim edilib.

Tədbirin sonunda şirniyyat süfrəsi arxasında bir daha iştirakçılara həyatlarında uğurlar, Kölgə müəlliməsi olaraq övladlarımıza gələcəkdə işıq saçmaları arzulanıb.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.