Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və İkinci Nəfəs Psixologiya Mərkəzi arasında qarşılıqlı anlaşma memorandumu imzalanmışdır

Tədbiri giriş nitqi ilə açan Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev iştirakçıları salamlayaraq, fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat vermişdir.
Daha sonra söz İkinci Nəfəs Psixologiya Mərkəzinin rəhbəri Sadiq müəllimə verilmişdir. Sadiq Muradov əməkdaşlığın önəmini vurğulayaraq bildirmişdir ki, bu layihə öz unikallığı ilə seçiləcək və tələbələr üçün və ümumən region üçün faydası çox olacaqdır.
Ardınca mərkəzin baş psixoloqu Natiq Muradbəyli mərkəzin xidmətlərindən geniş məlumat verərək, təqdimatla çıxış etmişdir.
Layihə çərçivəsində Mərkəzimizin Dayə qrupunun tələbələri üçün təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bu təlimdən sonra tələbələr gələcəkdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün kölgə müəllimliyi üzrə aktiv vakansiyalara müraciət edərək, işlə təmin olunacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471