Qəbələ Rayon Polis Şöbəsinin YYÇPİTQ-nun baş inspektoru, polis mayoru Zamiq Nadirov insan hüquqları haqqında ətraflı məlumat verərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-nin ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunduğunu və hər il Ombudsmanın təşəbbüsü ilə respublikamızda “İnsan Hüquqları Aylığı” çərçivəsində çoxlu maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Həmçinin qeyd edib ki, insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk Konstitusiyamız Ümumilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunduqdan sonra bu sahədə hüquqi bazanın yaradılmasının əsası qoyulub. Azərbaycan Respublikasının insan hüquqları ilə bağlı beynəlxalq sazişlərə qoşulması, hüquqi mexanizmlərin təkmilləşdirilməsi və digər məsələlər ölkəmizdə insan hüquqlarına verilən dəyərin əsas göstəricisidir.

Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Günel Ağayeva çıxış edərək, insan hüquqları ideyasının əsasında dayanan iki başlıca dəyərin insan ləyaqəti və bərabərlik olmasını bildirib. O, qeyd edib ki, insan hüquqları layiqli həyat üçün vacib olan əsas standartlar kimi başa düşülə bilər.

Daha sonra Mərkəz tələbələrinə -insan hüquqlarına necə tərif verərdiniz?, onların nə olduğunu necə izah edərdiniz? kimi suallar verilib və iştirakçılar tərəfindən maraqlı cavablar səsləndirilib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.