Categories
Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi yanında “Karyera Mərkəzi”nin ilk könüllüsünə sertifikat təqdim edilmişdir

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yanında Karyera Mərkəzinin ilk könüllüsü Aslanova Nuranə Orxan qızı 2 aylıq könüllülük fəaliyyətini uğurla tamamlamışdır.

Xatırladaq ki, könüllümüz hal-hazırda Azərbaycan Texniki Universitetində ” Optimal idarəetmənin riyazi – iqtisadi üsulları” ixtisası üzrə magistr dərəcəsi alır. O, 2 aylıq yay tətilini düzgün qiymətləndirərək Mərkəzimizdə könülü olmuş, həmin müddət ərzində Mərkəzin fəaliyyətində fəal iştirak etmişdir.

Biz inanırıq ki, burada əldə etdiyi bilik və təcrübə həyatının növbəti mərhələlərində yararlı olacaqdır.

Ona Tələbəlik və iş həyatında uğurlar arzulayırıq.

Siz də Karyera Mərkəzinə müraciət edərək könüllü ola bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471