Tədbir dövlət himnimizin səsləndirilməsi və şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
Tədbirin açılış hissəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev çıxış edərək, Mərkəzin son illər ərzində qazandığı uğurları, geniş beynəlxalq əlaqələri, məzunların yüksək bilik nümayiş etdirərək məşgulluq səviyyələrinin artmasını, tələbələrimizin tədris ili ərzində Mərkəzin ictimai işlərində göstərdikləri fəallığı, valideynlərin Mərkəzimizlə sıx əlaqələr yaradaraq, övladlarının fəaliyyəti barədə göstərdikləri yüksək həssaslığı xüsusi vurğulamışdır.
Həmçinin yeni dərs ilində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təhsil alacaq tələbələrə də həyatlarının növbəti dövrlərində uğurlar arzulamış, tələbə adını qazandıqları üçün təbrik etmişdir.
Daha sonra Mərkəzin Tədris İstehsalat İşləri üzrə direktor müavini Camal Rəsulov çıxış edərək, öz növbəsində tədbir iştirakçılarını, 2023-2024-cü tədris ili üzrə qəbul olmuş tələbələri salamlamış və onları yeni dərs ili münasibəti ilə təbrik etmişdir.
Həmçinin yeni dərs ilində Mərkəz tələbələri adından “Mehmanxana və restoran işinin təşkili və idarə edilməsi” ixtisas tələbəsi Dəmirova Elnarə, valideynlər adından Muxtar Aşralıyev çıxış edərək, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən onlar və övladları üçün yaradılmış şərait üçün xüsusi minnətdarlıqlarını bildirmişdirlər.
Tələbələrimizi, onların valideynlərini və ümumilikdə bütün təhsil ictimayətini yeni dərs ili “15 Sentyabr Bilik Günü” münasibətilə təbrik edirik.