
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “27 Sentyabr Anım Günü və 8 Noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı” çərçivəsində “Zəfər bizimdir” adlı bayram tədbiri keçirilmişdir
Azərbaycanın şanlı ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmənin 200 illik saxta tarixinə zərbə vurdu, haqq-ədaləti bərpa etdi. Mərkəzin mühəndis-pedaqoji kollektivi bu böyük Zəfət Gününün yüksək əhval-ruhiyyə ilə qeyd etdi. Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirə üçrəngli bayrağımız təntənə ilə gətirildi. Bizlərə zəfər sevinci yaşadan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra söz Tədris Mərkəzinin direktoru Qalib Nəbiyevə verildi. O, öz çıxışında qeyd etdi ki, döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, rəşadətli ordumuzun döyüş qabiliyyətini aydın gördü. Qalib millətimizin öz Prezidentini necə dəstəklədiyini, onun ətrafında sıx birləşdiyini bir daha sübut etdik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
