Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Veb-dizayn və proqram təminatı” və “Mühasibat uçotu” qruplarında “31 Mart Azərbaycanlıların Soyqırımı Gününə” həsr olunmuş xüsusi dərs keçirilmişdir.

Dərs 31 Mart Soyqırımında həlak olmuş və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.

Daha sonra 1918-ci ilin 30 Mart və 3 Aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğından ətraflı danışılmış və video-çarxlar izlənilmişdir.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.