Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Aspaz”, “Bitkiçilik mütəxəssisi”, “Geniş profilli traktorçu-maşinist, temirçi-çilingər, “Aqroservis mütəxəssisi” qruplari uzre 61 nəfər tələbəyə tam orta təhsil haqqında sənədlər təqdim edilib.
Sənədlərin təqdim edilməsi münasibətilə keçirilən tədbirdə, Mərkəz rəhbərliyi tərəfindən məzunlara kariyeralarının formalaşması istiqamətində hər zaman əməkdaşlıq etmək tövsiyyə olunmuş, işəgötürənlərlə əlaqələrin qurulmasında davamlı informasiya mübadiləsi qurulacağı bildirilmişdir. Sonda məzunlara uğurlar arzulanmış, gənclırin peşə təhsilinə təşfiqi istiqamətində təbliğat işində birgə əməkdaşlıq tövsiyyə olunmuşdur.
Tələbələrimizə gələcək fəaliyyətlərində uğurlar arzu edirik!