Tədbirdə Qəbələ və ətraf rayonların ümumtəhsil məktəblərinin şagirdləri (IX – XI siniflər), müəllimlər, valideyinlər, uğurlu məzunlar, KİV nümayəndələri, eyni zamanda əməkdaşlıq etdiyimiz müəssisələrdən Gabla Hospitality Group, Qəbələ Regional “Asan xidmət” Mərkəzi, Qəbələ Yeddi Gözəl Hotel, Qəbələ Rayon Təhsil Sektoru, “AFB Bank” ASC, “Savalan-ASPİ Vayneri” MMC və Qəbələ Garden Hotelin, Qəbələ şəhər Vəndam qəsəbəsi, 1 nömrəli məktəbin Peşə Təmayüllü Sinifi, Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi və bir çox digər müəssisələrin nümayəndələri iştirak ediblər.

Həmçinin tədbirdə Qəbələ rayonu üzrə (15 müəssisə tərəfindən) 150-dən artıq vakansiya çıxarılıb.

Qonaqlar tədbirdə iştiraklarından məmnunluqlarını, peşə təhsilinə olan maraqlarını, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yaradılmış yüksək şərait, ictimaiyyətin peşə təhsili haqda məlumatlanmasında belə tədbirlərin zəruriliyini ifadə ediblər.

Tədbirdə vurğulanıb ki, Mərkəzdə əsasən turizm, aqrar və sənayenin digər sahələri üzrə peşə ixtisaslarının tədrisi həyata keçirilir və Mərkəzin qarşısına qoyulan əsas məqsəd regionda əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması prosesinə dəstək verməkdir.

“Açıq qapı” günlərinin məqsədi peşə təhsil müəssisələri haqqında məlumatlılıq səviyyəsini artırmağa, eləcə də gənclər üçün müvafiq təhsil seçimlərindən biri kimi peşə təhsilinin uğurlu təqdimatına kömək etməkdir.

Tədbir iştirakçılarına peşə təhsilinin zəruriliyi, şagirdlərin düzgün peşə seçiminin əhəmiyyəti, peşə seçimi və karyera, peşə təhsilinin perspektivləri üzrə ətraflı məlumat verilib. Həmçinin, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin uğurlu məzunları tərəfindən peşə sahələri üzrə bacarıqlara necə sahib ola biləcəkləri haqqında öz məsləhət və tövsiyyələrini veriblər və uğur hekayələrini danışıblar.

Mərkəzin tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Mühəndis-pedoqoji heyət tərəfindən həyata keçirilən master-klasslarda iştirak ediblər.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.