lk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Reyhan Məmmədova iştirakçıları salamlayaraq, Sağlam həyat tərzinin təbliğinin əhəmiyyətindən danışaraq, sözü layihə rəhbəri Anar Məhərrəmova vermişdir.
A.Məhərrəmov Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, “Sosial İqtisadi İnkişafa Dəstək” İB, layihənin məqsədi, vəzifələri, tədbirin proqramı haqda ətraflı məlumat vermişdir.
Bildirib ki, layihə çərçivəsində Qəbələ və Oğuz rayonlarında yeniyetmə və gənclər, məktəblilər arasında tibbi bilik və bacarıqların artırılması, sağlam həyat tərzinin təşviqi və fiziki aktivliyin təbliği, eləcə də narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı maarifləndirmə istiqamətində seminarlar, həmçinin, futbol və voleybol yarışları həyata keçirilir.
Layihənin eksperti Saleh Aslanov Sağlam həyat tərzinə sahib olmağın zəruruliyi, zərərli vərdişlərə aludəçiliyin fəsadları, Narkotikdən uzaq durulmasının vacibliyi, gəncliyin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən və ağır zərbə vuran narkomaniyanın mənfi nəticələri, sağlamlığa daimi nəzarətin önəmi, Peyvənd olunmağın zəruriliyi, fiziki aktivliyin əhəmiyyəti, nizamlı yuxunun faydaları və s. haqqında geniş məlumat vermişdir.
Sonra tədbir iştirakçıları sertifikatlarla təltif ediliblər.
Sonda layihənin idman yarışlarının hakimi Sübhan Şeydayevin iştirakı ilə futbol və voleybol yarışları həyata keçirilib.