Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 22.05.2020 – i il tarixli KQ 04 N°-li qərarı ilə təsdiq edilmiş ” Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti Qaydası”na və “Dövlət Buraxılış imtahanlarının təşkili üçün DAK sədrlərinin təyin edilməsi barədə” PTDA-nın 29.03.2023-cü il tarixli 3-29-63/3-2-091/2073 N°li əmri əsas tutularaq, Dövlət buraxılış ixtisas imtahanları başlayıb.

Ümumi orta təhsil bazasından “Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru”, “Əməliyyatçı-mühasib”, “Dərzi”, “Aşpaz” və tam orta təhsil bazasından “Dayə” ixtisası üzrə imtahanlar keçirilib və başa çatıb.

Dövlət Attestasiya Komissiyasının sədrləri Babək Müzəffərov (Gabala Hospitality Group HR direktor), Feyruz Aslanov (FARCOM MMC – nin direktoru), Sadiq Qaragözov (Qəbələ Yeyinti Məhsulları İstehsalı ASC, direktor müavini) və komissiya üzvləri tələbələrin yekun qiymətlərini, istehsalat xasiyyətnamələrini, ixtisas (sınaq) işlərinin nəticələrini nəzərdən keçirərək və şifahi sorğu apararaq imtahan nəticələrini elan ediblər.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.