Yarmarkada işəgötürənlər tərəfindən 17 müəssisədən 207 vakansiya təqdim edilmiş, 400-dən çox vətəndaş müraciət etmişdir.

➡️ İşəgötürənlərin nümayəndələrinin də iştirak etdiyi tədbirdə vakansiyalar üzrə müraciət edən şəxslərdən CV-lər qəbul edilərək nəzərdən keçirilib. Onların həmin vakansiyalar üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanıb.

➡️ Yarmarkada həmçinin, vətəndaşlara özünüməşğulluq proqramı və peşə hazırlığı kursları barədə də məlumat verilib, aktiv məşğulluq tədbirlərindən yararlanmaq istəyən şəxslərin qeydiyyatı aparılmışdır.

➡️ Eyni zamanda əmək yarmarkasının keçirildiyi Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi barədə də Mərkəzin mütəxəssisləri tərəfindən işaxtaran vətəndaşlara peşə təhsilinin zəruriliyi, düzgün peşə seçiminin əhəmiyyəti, peşə seçimi və karyera, peşə təhsilinin perspektivləri üzrə ətraflı məlumat verilmişdir.

➡️ İşsiz və işaxtaranların münasib işlərlə təminatı məqsədi daşıyan yarmarkada eyni zamanda, iştirakçılara uyğun iş sahələrində təcrübə imkanlarının yaradılması da təmin edilmişdir.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.