Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin ixtisas fənn müəllimi Beydiyev İlqar tərəfindən “Elektrik cərəyanından və digər bədbəxt hadisələrdən zədələnənlərə ilk yardım” mövzusunda açıq dərs keçirilmişdir.
Təlimdə “İsitmə, soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı”, “Elektrik-qaz qaynaqçısı”, və “Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru” ixtisasında təhsil alan tələbələr iştirak etmişdirlər.
Təlimin əsas mövzusu tələbələrə elektrik cərəyanı, onun ümumi orqanizmə təsiri və yaratdığı fəsadlar, elektrik cərəyanından zədələnmələr haqqında ümumi məlumat vermək, həmin şəxslərə ilk tibbi yardımın göstərilməsi barəsində təlimatlandırmaqdan ibarətdir.
Açıq dərs zamanı əyani şəkildə tələbələr üzərində ilk tibbi yardım göstərilmiş, hər bir elektrikdən mühafizə vasitələri və cihazları ilə ayrı-ayrılıqda tanış edilmişdir.
Qeyd edək ki, növbəti günlərdə digər istiqamətlərdə də açıq dərslərin keçirilməsi planlaşdırılır.