Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOB Azərbaycan / SMB Azerbaijan) KOB Dostu departamentinin Şəki-Zaqatala regional kordinatorluğunun Oğuz – Qəbələ KOB dostu və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən birgə təşkil olunmuş Qəbələ – Oğuz rayonlarından olan müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllim-tələbə heyəti ilə dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində görüş keçirilmişdir.
Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru tərəfindən, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Gənclərin biznes emalatxanası (Youth Business Workshop)” layihəsi haqqında təqdimat keçirilmişdir. Təqdimatda, layihənin məqsədi, tərəfdaşları, mərhələləri, nəticə və davamlılıq haqqında geniş məlumat verilmişdir.
Oğuz – Qəbələ KOB dostu tərəfindən biznes bacarıqlarının inkişaf etdirilməsi və gənclərin sahibkarlıq fəaliyyətinə təşviq olunması, özünüməşğulluğunun təmin edilməsi, rayon və kənd yerlərindəki gənclərə, startapçılara KOBİA tərəfindən göstərilən xidmətlər, KOB dostunun fəaliyyət istiqamətlərinə dair tədbir iştirakçılarına məlumat verilmişdir.
Eyni zamanda tədbirdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ nümayəndəsi, Azərbaycan Qida Təhlükəsizlik Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin, Aqrar Kredit və İnkişafı Agentliyinin, Dövlət Turizm Agentliyinin nümayəndələri iştirak etmişdir. Mövzu ilə bağlı sahibkarları maraqlandıran suallar aidiyyatı qrumlar tərəfindən cavablandırılıb. Gənclərə və sahibkarlara göstərilən dövlət dəstək mexanizmləri, Özünüməşğulluq proqramından yararlanmaq qaydalarına dair məlumat verilib, güzəştli kreditlərin verilməsi və.s barədə müzakirələr aparılıb, gənclərin və sahibkarların təklifləri dinlənilib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.