Sözü gedən layihə çərçivəsində Göyçay və Qəbələ rayonundan seçilmiş 30 nəfər gənc üçün Marketinq bacarıqları, Biznesin idarə edilməsi, Maliyyə savadlılığının artırılması istiqamətlərində təlimlər keçirilmişdir. Layihənin son təlimi aqroturizm sahəsində maraqlı olan gənclər üçün Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təşkil edilmişdir.

Təlimdə ilk öncə “Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyinin sədri Əzizağa Atakişiyev çıxış edərək gənclərə layihə haqqında ətraflı məlumat verdi. Daha sonra təlimçi Coşqun İsmayılov tərəfindən gənclərə Aqroturizm, Marketinq, Biznesin idarə edilməsi, Maliyyə savadlılığının artırılması istiqamətlərində, eləcədə aqroturizm subyektlərinin qurulması haqqında ətraflı məlumatlar verildi və müxtəlif simulyasiya oyunlar oynanıldı. Təlimin sonunda iştirak edən gənclərə sertifikatlar təqdim edildi.

Qeyd edək ki, layihənin əsas məqsədi Aqroturizmdə gənclərin və yetkin insanların məşğulluğunu və sahibkarlıq bacarıqlarını karyera vasitəsilə inkişaf etdirmək və aqroturizm istiqamətində müxtəlif fəaliyyətlərə təşviq etmək idi. Layihə çərçivəsində həmçinin Göyçay rayonunda “Aqroturizm və sosial sahibkarlıq” festivalı təşkil edilmişdir.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.