Azərbaycan Respublikasının 2023-cü il üçün Mülki Müdafiə tədbirləri planı çərçivəsində 31 may – 2 iyun 2023-cü il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsinin rəhbərliyi ilə Qəbələ rayonunda irimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili mövzusunda “Kompleks mülki müdafiə” təlimi keçirilib.

Təlimin bir hissəsi Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində həyata keçirilib.

Təlimdə FHN-nin və Qəbələ rayon İcra Hakimiyyətinin eləcə də aidiyyatı təşkilatların nümayəndələri iştirak ediblər.

Əvvələcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub və Ulu öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib.

FHN-nin Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsinin rəisi General-mayor Niyazi Zamanov fövqəladə hadisələr zamanı mülki müdafiənin əhəmiyyəti, təşkili və bu kimi tədbirlərin icra vəziyyətindən danışaraq bu sahədə idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin vacibliyini önə çəkib.

Qəbələ rayon İcra hakimiyyətinin başçısı Səbuhi Abdullayev təlimin vacibliyindən danışaraq mükli müdafiə sahəsində birgə fəliyyətin və əməkdaşlığın əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm rol oynadığını vurğuluyub.

Tədbirin gedişində rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti uğurla təşkil edilib və qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Kompleks təlimə FHN-nin Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsi, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki Müdafiə Qoşunları, Xüsusi Risqli Xilasetmə Xidməti, Böhran Vəziyətlərində İdarəetmə Mərkəzi və Şimal-qərb Regional Mərkəzinin rayonun hərbiləşdirilməmiş mülki –müdafiə dəstlərinin ümumilikdə 354 nəfər şəxsi heyəti və 53 ədəd texnikası cəlb edilib.

Qeyd edək ki, təlimlər FHN-liyi tərəfindən mütəmadi olaraq təşkil olunacaqdır.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.