Mövcud tədris planına və peşə təhsili müəssisələrinin iş rejiminə uyğun olaraq təhsil müddəti 6 ay olan ixtisaslar üzrə tədris prosesi tam başa çatmışdır.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “Peşə təhsili pilləsində təhsilalanların Attestasiyasının aparılması qaydası” əldə rəhbər tutularaq, verilən əmrə əsasən “Komputer operatoru” peşəsi üzrə Yekun Attestasiya imtahanı keçirilmişdir.
İmtahanların keçirilməsi üçün imtahana hazırlıq əmrinə əsasən cədvəl tərtib olunmuş və tələbələrin Yekun Attestasiya imtahanında iştirakı tam təmin olunmuşdur.
Yekun Attestasiya imtahanı “Peşə təhsili üzrə təhsilalanların Attestasiyası” qaydalarına uyğun keçirilmişdir.