İclası mərkəzin direktoru, pedoqoji şuranın sədri açaraq, gündəlikdə duran məsələlər barəsində məlumat vermişdir. İclasda Tİİ üzrə direktor müavini tərəfindən Dövlət buraxılış – ixtisas imtahanlarının təşkili vəziyyəti, Yüksək Texniki Peşə təhsili səviyyəsi üzrə istehsalat təcrübəsinin gedişi və Aralıq Attestasiya imtahanlarının hazırlığı vəziyyəti barədə məlumatlar verilmiş, hesabatlar dinlənilmişdir.

İclasın gedişində Tİ üzrə direktor müavini tərəfindən peşəyönümü təbliğat işlərinin təşkili barəsində hesabatlar dinlənilmişdir.

İstehsalat Təlim Ustaları tərəfindən buraxılış qruplarında istehsalat təcrübəsinin təşkili vəziyyəti haqqında hesabatlar dinlənilmişdir.

Daha sonra Təhsil Mərkəzinin direktoru həyata keçirilən layihələr, proqramlar, cari məsələlər barədə mühəndis-pedaqoji heyətlə müzakirələr aparmış, tövsiyyə və tapşırıqlar vermişdir.

Sonda müzakirələr aparılmış, gündəlikdə duran məsələlər istqamətində qərarlar qəbul edilmişdir.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.