Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Peşə Təmayüllü Siniflərin imtahandan uğurla keçmiş məzunlarına sertifikatlar təqdim edilmişdir

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Qəbələ rayon Vəndam qəsəbə 1 saylı tam orta məktəbin Peşə Təmayüllü sinifinin 2022/2023-cü tədris ilinin məzunlarına, İT və qənnadçı-şirniyyatçı ixtisasları üzrə imtahandan uğurla keçdikləri üçün sertifikatlar təqdim edilmişdir.

Qeyd edək ki, “Peşə Təmayüllü Siniflərin Təşkili” layihəsi Respublikamızda 2019-cu ildən həyata keçirilir. Qəbələ rayonunda isə bu layihə 2021-ci ildən fəaliyyətə başlayıb. Layihənin yaradılmasında məqsəd ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə təhsil, bilik və bacarıqlara yiyələnməsini təmin etmək, həmçinin peşə ixtisasları barədə təhsilalanları məlumatlandırmaqla onları əmək bazarına, eləcə də peşə təhsilinə hazırlamaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471