Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Qəbələ rayonu Vəndam qəsəbəsinin 1 saylı tam orta məktəbinin “İnformasiya texnologiyaları” və “Qənnadçı köməkçisi” ixtisasını seçmiş peşə təmayüllü sinifləri üçün infotur həyata keçirilib.

Mərkəzin mühəndis-pedaqoji heyəti tərəfindən həyata keçirilən master-klasslarda iştirak edən qonaqlar, Mərkəzin “Qənnadçı, şirniyyatçı” ixtisasında təhsil alan tələbələrin hazırladıqları şirniyyatlara baxış keçiriblər.

Daha sonra Yüksək Texniki Peşə qruplarından olan “Veb dizayn və proqram təminatı” və “Kompüter sistemlərində proqramlaşdırma” dərslərində iştirak edilib, ümumi olaraq Mərkəzin ərazisi ilə tanışlıq həyata keçirilib.

Həyata keçirilən infoturların iştirakçılarına peşə təhsilinin zəruriliyi, şagirdlərin düzgün peşə seçiminin əhəmiyyəti, peşə seçimi və karyera, peşə perspektivləri üzrə ərtaflı məlumat verilib.

Qonaqlar infoturda iştiraklarından məmnunluqlarını, peşə təhsilinə olan maraqlarını, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yaradılmış yüksək şərait, ictimaiyyətin peşə təhsili haqqında malumatlanmasında belə tədbirlərin zəruriliyini ifadə ediblər.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.