Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində müasir dövrün, bəşəriyyətin ən qlobal problemlərindən biri olan sağlamlığa geri dönüşü olmayan, bu gün əfsuslar olsun ki, gənclərimizin böyük bir qismini öz təsiri altına almış tütün məhsulları və onların törətdiyi bəlalar haqqında tələbələrin maarifləndirilməsi üçün “Siqaretə yox deyək” adlı tədbir keçirilmişdir.
Tədbirin təşkilində mərkəzin istehsalat təlim ustalarından Məmmədova Nigar, Çələbizadə Turanə, Cavadlı Xədicə və Mehmanxana və Restoran işinin təşkili və idarə edilməsi ixtisasında təhsil alan Qarayev Müşviqin böyük rolu olmuşdur.
Tədbirdə çıxış edənlər tələbələri sağlam gələcək naminə siqaretlə, tütün məhsulları ilə mübarizəyə səsləyir və onları bu maarifləndirmə hərəkatının öncülləri olaraq görmək istədiklərini bildirmişlər. Hər bir gənc ilk növbədə ətrafından başlayaraq tütün məhsullarına qarşı mübarizə aparmalıdır. Bu zərərli vərdişə insanlar adətən gənc yaşlarda başlayır və bir çox hallarda ondan bir daha xilas ola bilmirlər. Siqaretin dəhşətli zərərli təsirləri, ondan xilas olmanın heç zaman gec olmaması barədə, Azərbaycanda xüsusilə gənclər arasında siqaretdən istifadə hallarının artmasının hamını ciddi narahat etməsini dönə-dönə vurğulamışlar.
Gənclərin tütün məhsulları, narkomaniya, alkoqolizm kimi zərərli vərdişlərə tutulmamasına çalışmalıyıq.