Tədbirdə çıxış edən tədris istehsalat işləri üzrə direktor müvini Camal Rəsulov Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun uğurlarından danışıb. O, Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutduğunu qeyd edib.
Daha sonra çıxış edən mərkəzin Azərbaycan dili və ədəbiyyat müəllimi Abdulhüseynli Çinarə ölkəmizdə gənclərin sağlam inkişafını təmin edən dövlət siyasətindən danışaraq, Ulu Öndərimizin müstəqil Azərbaycan dövlətinin yaradılmasında, müstəqilliyimizin qorunmasında, iqtisadiyyatın inkişafında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun gücləndirilməsindəki titanik fəaliyyəti haqda məlumat verib.
Tədbir zamanı Mərkəzin “Mehmanxana və restoran işinin təşkili və idarə edilməsi” ixtisasının I kurs tələbələri tərəfindən Ulu Öndər Heydər Əliyevin həyatı ilə bağlı hazırlanan videoçarx nümayiş edilib.
Tələbələr həmçinin Ümummilli Lider Heydər Əliyevin uğurlu siyasəti haqqında fikirlər səsləndirərək, gənclərimizə olunan diqqət, qayğı və sevgini hər zaman hiss etdiklərini vurğulayıblar.