Tədbirin giriş hissəsində Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi dərin ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirə “Qəbələnin səsi” Ədəbi birliyinin üzvləri və digər Qəbələ yazarları dəvət olunmuşdurlar. Çıxış edənlər dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyev haqqında dərin hörmət və məhəbbətlə danışmış, o
Onun öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmasından və ardıcıl mübarizə apararaq dövlətimizi müstəqilliyə qovuşdurmasından bəhs etmişdirlər.
Dəvət olunmuş yazarlar Ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlərini səsləndirmişlər.
Tələbələrin ifasında yerli şairlərin şeirlərindən ibarət ədəbi bədii kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla dinlənilmişdir.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin ixtisas fənn müəllimi Qismət Məsimovun Ulu Öndərə həsr olunmuş “Azadlıq Sərkərdəsi” şeirini Sizlərlə bölüşürük.
Azadlıq Sərkərdəsi..
Vətən nədir?
Tariximdir,yurdumdur!
Çörəyimdir, torpağımdır,ordumdur!
Bu vətənin özü boyda bir ad da var,
Heydər adı!
O ürəkdir!
O dayaqdır!
O boğulan bir ulusa
həyat dolu gələcəyi nişan verən bir mayakdır!
..
Hər şey keçər,
Hər şey bitər,
Hər sevginin sonu gələr!
Bu millətin ruhundakı
Heydər adı itə bilməz!
Bu qurtuluş sərkərinin,
Bu azadlıq rəhbərinin
Ürəklərdən keçən yolu bitə bilməz!
..
İndi ruhun şad olsun,şad,
Odlar yurdun çicək açıb,
Qışın azad,yazın azad!
Sən çəkdiyin yolla gedir Azərbaycan,
Yolun azad,izin azad!
Şuşa adlı o nazənin qızın azad!
Bir dühasan hikmətinlə gənclik həyat eşqi alır,
Bir müəllimsin verdiyin dərs gələcəyə körpü salır.
Var olduqca Azərbaycan,var olacaq sənin adın,
Sən özüncün yaşamadın,
Sən özünçün doğulmadın!
Ömür verdin,bu millətin ömrü üçün,
Ömür verdin həqiqətin ömrü üçün!
Yaşayacaq bu torpağın qayasında çiçəyində sənin adın,
Yaşayacaq damarında bu millətin qanı axan hər insanın ürəyində sənin adın!!