Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan Uşaqlar Birliyinin sədri Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə Qəbələ Günərzi Qayğı Mərkəzində uşaqların qonağı olmuş, benefisiarlara bayram hədiyyələri paylamışdır.
Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev və Kəmalə xanım uşaqları və Qayğı Mərkəzinin kollektivini təbrik etmiş, onlara Yeni il arzularını bildirmişlər.