Görüşdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi, Qəbələ rayon Arıçılar Assosiasiyasının sədri və tanınmış üzvləri iştirak etmişlər.

Tədbirdə çıxış edənlər yeni iqtisadi şəraitdə Azərbaycanın bölgələrində regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarına uyğun olaraq həm daxili bazarda böyük tələbat duyulan, həm də ölkəmiz üçün yeni ixrac imkanları yaradan məhsulların istehsalının artırılması diqqət mərkəzində saxlanan məhsulların birinin də təbii bal olmasından danışmışlar.

Görüşdə iştirak edən arıçılar bu sahədə savadlı mütəxəssislərin çatışmadığını vurğulamış, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində belə bir ixtisasın fəaliyyətə başlamasının təqdirəlayiq olmasını bildirərək, vətəndaşların bu ixtisasa təşviqi istiqamətində və maddi-texniki bazanın yaradılmasında dəstək olacaqlarını bildirmişlər.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.