Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər günü ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə” 07.09.2021-ci il tarixli F-429 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tarix müəllimi Rəsulova Məleykənin Veb-Dizayner 401-ci qrupda “Zəfər Günü”nə həsr edilmiş Açıq dərs keçirilmişdir.

Açıq dərs Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlamışdır. Dərs zamanı Azərbaycanın iki yerə parçalanmasından 2020-ci il 27 sentyabr II Qarabağ müharibəsinin başlanmasına qədərki dövr nümayiş etdirilmişdir. Dərs gedişatında müasir metodlardan istifadə olunmuşdur. Tələbələrə slaydlar, video-çarxlar təqdim olunaraq I Qarabağ və II Qarabağ müharibəsi haqqında məlumatlar verilmişdir.

44 gün davam edən Vətən müharibəsi, xalqımızın 30 illik Vətən həsrətinə son qoyulması, ərazi bütövlüyünün bərpası ilə nəticələnən, qızıl hərflərlə yazılmış Zəfər tarixi haqqında mühazirə edilib. Eyni zamanda I Qarabağ müharibəsi zamanı törədilmiş faciələr (Xocalı, Ağdaban, Başlıbel faciələri) haqqında tələbələrə məlumat verilmişdir.

Vətən Müharibəsinin həlledici məqamları, rəşadətli ordusunun qəhrəmanlıq nümunələri, böyük qələbəni təmin edən amillərə nəzər salınıb, Azərbaycan Respublikasının prezidenti, Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin durmadan inkişaf edəcəyi, Zəfərimizin daimi olacağı vurğulanmışdır.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.