Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “27 Sentyabr Anım Günü və 8 Noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı” çərçivəsində keçirilmiş “Zəfər günü” adlı bayram tədbiri Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayıb.

Sonra bugünkü zəfər sevincini yaşatmaq üçün torpaq, Ana Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.

Təhsil Mərkəzinin Tədris İstehsalat işləri üzrə direktor müavini Camal Rəsulov çıxış edərək, Müzəffər Ordumuzun zəfər çalaraq dünyaya Azərbaycan xalqının gücünü, qüdrətini bir daha göstərdiyini və gənclərin vətənpərvər yetişdirilməsində təhsil ocaqlarının da böyük rolu olduğunu xüsusi qeyd edib.

Tədbirdə Mərkəzdə çalışan II Qarabağ müharibəsi qazisi və veteranları 44 günlük Vətən müharibəsi zamanı öz canından keçmiş şəhidlərimizə Allahdan rəhmət və qazilərimizə şəfa diləklərini çatdıraraq, Şanlı Zəfər günü münasibətilə tədbir iştirakçılarını təbrik ediblər.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərən “Günərzi Qayğı Mərkəzi”nin uşaqlarının çıxışları maraqla izlənilib. Təhsil Mərkəzinin tələbələrinin ifasında Qarabağa, “Zəfər günü”nə həsr olunmuş şeirlər səslənib. Tədbir boyu 44 günlük Vətən müharibəsini əks etdirən video-çarxlar nümayiş etdirilib, ölkə Prezidenti cənab İlham Əliyevin Qələbəyə inam dolu çıxışlarından hazırlanmış slaydlar göstərilib. 30 illik həsrətə son qoyduğumuz günü “Zəfər” bayramını müəllimlər və tələbələr sevinc hissi ilə qeyd ediblər.

Hamının dilində bir şüar vardır.

“Qarabağ Azərbaycandır!”

“Zəfər Azərbaycanındır!”

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.