Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “27 Sentyabr Anım Günü və 8 Noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı” çərçivəsində keçirilmiş “Zəfər günü” adlı bayram tədbiri Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlamışdır.

Sonra Azərbaycan Respublikasının Ulu Öndəri, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev çıxış edərək, tədbir iştirakçılarını Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü münasibətilə təbrik edib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində böyük Zəfərimizin əldə olunmasında misilsiz xidmətlər göstərdiyini, xalqımızın qəhrəmanlığının heç zaman unudulmayacağını vurğulayıb. Cari il, sentyabrın 19-da Azərbaycan ordusunun başlatdığı lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkə ərazisində suverenliyin bərpa olunduğunu qeyd edən Qalib Nəbiyev bütün bu proseslərin təməlində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən dövlət siyasətinin dayandığını diqqətə çatdırmışdır.

Hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi sayəsində böyük Zəfərə imza atıb. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti və şanlı Ordumuzun rəşadəti sayəsində qazanılmış böyük Zəfər, eyni zamanda, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, xalqımızın “dəmir yumruq” ətrafında sıx birləşməsi, gənclərimizin Vətən sevgisi, iqtidar-xalq və ordu birliyi sayəsində əldə olunmuşdur.

Təhsil Mərkəzinin tələbələrinin ifasında Qarabağa, “Zəfər günü”nə həsr olunmuş şeirlər səslənib, səhnəciklər və rəqslər nümayiş etdirilib. Tədbir boyu 44 günlük Vətən müharibəsini əks etdirən video-çarxlar izlənilib, ölkə Prezidenti cənab İlham Əliyevin Qələbəyə inam dolu çıxışlarından hazırlanmış slaydlar göstərilmişdir.

30 illik həsrətə son qoyduğumuz günü “Zəfər” bayramını müəllimlər və tələbələr sevinc hissi ilə qeyd ediblər.
Tədbirdən öncə Təhsil Mərkəzinin bir qrup tələbələrinin Zəfər gününə həsr edilmiş rəsmlərindən ibarət əl işlərinin sərgisi və inşaları nümayiş olunmuşdur.

Hamının dilində bir şüar vardır.
“Qarabağ Azərbaycandır!”
“Zəfər Azərbaycanındır!”

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.