Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Baytarlıq və heyvandarlıq işi” və “Laborant-mikrobioloq” ixtisasları üzrə təhsil alan tələbələri Şəki şəhər Baytarlıq İdarəsi və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi LESM – Şəki Regional Mərkəzində təcrübə səfərində olublar.

Səfər zamanı tələbələr aqrokimyəvi, baytarlıq, toxumçuluq, laboratoriya xidmətləri, texniki ekspertiza və sertifikatlaşma xidmətləri ilə yaxından tanış olublar. Eyni zamanda tələbələr müasir laboratoriya avadanlıqları və onların iş prinsipi ilə də tanış olublar.

Səfər tələbələrin peşəkar bilik və bacarıqlarının artırılması məqsədi ilə təşkil olunmuşdur.

Ətraflı məlumat üçün aşağıdakı linklərə keçid edə bilərsiniz:

https://www.facebook.com/qebeledovletpesetehsilmerkezi/posts/pfbid0kxGEoNj4fDGSf8cjpLgw7MjD8uYHJFh2673QHVVMU6V64VRq96jJ69Cw7q3juSfSl

https://www.instagram.com/p/DGM-VQMN-G9/?igsh=MWk2YXdrOGJvbTltaQ==

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.