Yay tanışlıq təcrübəsinin əsas məqsədi tələbələrin ilboyu keçdikləri modulların nəzəri əsaslarının praktik işlərlə zənginləşdirilməsinə şərait yaratmaqdır.

Təhsil Mərkəzinin “Aqroservis mütəxəssisi” və ”Bitkiçilik mütəxəssisi” ixtisasları üzrə I kurs tələbələrinin bir qismi yay təcrübələrini “Gilan Dairy Farms” MMC-də, “Gilan Qəbələ Aqrotexservis” MMC-də, “Şamlı” Aqroservis Müəssisəsində, “Gilan Vegetables” MMC-də, “Daşca” kiçik fermer təsərrüfatında keçirlər.

Tələbələr yay təcrübəsi zamanı müəssisələrdə gedən iş prosesi ilə yaxından tanış olur, orada istismarda olan maşın və mexanizmlərin işini, taxıl biçini üzrə texnoloji prosesləri öyrənir, kombaynın idarə edilməsini, həmçinin peşəkar mütəxəssislərlə birlikdə çalışmaq və onların iş təcrübələrindən yararlanmaq imkanı əldə edirlər.

Qeyd edək ki, tələbələrin dualabənzər konsept üzrə təliminin təşkil edilməsi proqramı ötən ildən işəgötürənlərlə müzakirə edilmiş, təcrübə müddətləri razılaşdırılmış və təcrübənin müəyyən bir hissəsinin isə yay mövsümünə salınması dualabənzər peşə təliminin yaradılması konseptinə uyğun olması qeyd edilmişdir. Yay təcrübələrinin işçi proqramları işlənmiş, üçtərəfli müqavilələr imzalanmış və tələb olunan digər təcrübə sənədləri tərtib edilmişdir. Yay təcrübəsi 2 mərhələdə keçirləcəkdir. Tələbələr birinci mərhələdə (08-26 iyul) taxıl biçini, daşınması, ilkin emalı proseslərində iştirak edəcəklər, ikinci mərhələdə (19-30 avqust) maşın – traktor aqreqatlarının işə hazırlanması, şum əməliyyatının aparılması, onun keyfiyyət göstəricilərinin təyini və torpaqşünaslıqla bağlı digər məsələləri öyrənəcəklər. Təcrübənin sonunda tələbələrin əldə etdikləri təcrübi bilikləri qiymətləndirilərək təcrübələrin nəticələri haqqında hesabatlar tərtib ediləcəkdir.

Yay təcrübəsi “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” (ED VET) layihəsi çərçivəsində həyata keçirilir.

 

 

 

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.