Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the woocommerce-more-sorting domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 6121
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi olmuş Bayramov Coşqun Ənvər oğlunun şəhadətə yüksəlməsinin ikinci ildönümü ilə bağlı anım tədbir keçirilmişdir – Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi olmuş Bayramov Coşqun Ənvər oğlunun şəhadətə yüksəlməsinin ikinci ildönümü ilə bağlı anım tədbir keçirilmişdir

Şəhidimizin ikinci ildönümü ilə bağlı keçirilən tədbirdə, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin mühəndis-pedaqoji heyəti də iştirak etmişlər.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin adından şəhidimizin məzarı önünə əklil qoyulmuş, ruhuna dualar oxunmuşdur. Xatırladaq ki, şəhid çavuş Bayramov Coşqun 1991- ci il may ayının 25-də Qəbələ rayonu Qəmərvan kəndində dünyaya göz açıb. Orta təhsilini Qəbələ rayonu Kiçik Əmilli kənd məktəbində alıb. 2009-cu ildə hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Beyləqan rayonunda olan N saylı hərbi hissədə çavuş kimi başa vurub. 2020-ci il 21 sentyabrda başlanan hərbi təlimlərə qatılıb, 27 sentyabrda başlanan İkinci Qarabağ müharibəsində olan döyüşlərdə şücaət göstərir, bir neçə yerlərin düşmən işğalından azad olunmasında yaxından iştirak etmişdir.

Şəhid tələbəmiz Bayramov Coşqun Ənvər oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra İgidliyə görə, Laçının azad olunmasına görə, Suqovuşanın azad olunmasına görə, “Vətən uğrunda” medalları ilə təltif edilmişdir.

Ölməz şəhidimizin məkanı cənnət olsun.

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471