Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin bir qrup mühəndis-pedaqoji heyəti Türkiyə Respublikasının İstanbul, Bursa, Antalya və İzmir şəhərlərində yerləşən peşə təhsili müəssisələrində təlim-təcrübə proqramında iştirak ediblər.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün Türkiyə Respublikasının bir sıra şəhərlərində yerləşən peşə təhsili müəssisələrində təlim-təcrübə proqramı təşkil edilib.
Təcrübə proqramı Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında bağlanmış peşə təhsili sahəsində əməkdaşlığa dair protokol çərçivəsində həyata keçirilib.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzini təmsil edən Tədris İstehsalat İşləri üzrə direktor müavini Camal Rəsulov, İstehsalat Təlim Ustası Ariz Məsimli və Mərkəzin müəllimi Şaiq Hacıyev Peşə Liseylərində, həmin Liseylərin əməkdaşlıq etdiyi müəssisələrdə olmuş və orada keçirilən təlimlərdə iştirak ediblər.
Təlimlər Ölçmə-dəyərləndirmə, eğitim proqramları, proqram gelişdirmə, Veb-2 açarları, İnteraktiv oyunlar və digər ixtisas sahələrini əhatə edib. Qeyd edək ki, Türkiyə Respublikasında təlim-təcrübə proqramı may-iyun aylarında keçirilib.
Eyni zamanda müəllimlərin dərs keçmə metodları və praktiki dərslərin təşkili prosesi ilə əyani tanış olmuş, emalatxanalarda keçirilən dərslər haqqında xüsusi qeydlər götürmüşdürlər.
Türkiyə səfəri zamanı əməkdaşlarımız gördükləri təcrübədən təkliflərini hazırlamış və rəhbər heyətə təqdim etmiş, mühəndis-pedoqoji heyətlə bölüşmüşdürlər.