07 iyun 2018 – ci il tarixdə Təhsil Mərkəzində “Leykozlu Uşaqlara Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə tədbir keçirildi. Tədbirin keçirilməsində əsas məqsəd qan xəstəlikləri və qan donorluğu ilə bağlı şagirdlərin maariflənməsi idi. Tədbirdə Təhsil Mərkəzinin I kurs şagirdləri və müəllimlər iştirak edirdilər.

Tədbiri Təhsil Mərkəzinin tədris – istehsalat işləri üzrə direktor müavini Camal Rəsulov açaraq tədbirin məqsədi barədə məlumat verdi.

Sonra “Leykozlu Uşaqlara Dəstək” İctimai Birliyinin sədr müavini Emin Nəbili və Azərbaycan Elmi – Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun həkimi İradə Kərimova qan xəstəlikləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verdilər. Tədbirdə iştirakçılara bukletlər paylandı.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.