Elektron qeydiyyatdan keçən zaman aşağıdakı sənədlər tələb olunur:

  • Şəxsiyyəti təsdiq edən sənəd (Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər müvəqqəti və ya daimi yaşayış icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini);
  • Təhsil haqqında sənəd (attestat);
  • Əlilliyi olan şəxslər, eləcə də valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar müvafiq olaraq əlilliyini təsdiq edən sənəd, valideynlərini itirməsini və valideyn himayəsindən məhrum olmasını təsdiq edən sənəd;

Aşağıda qeyd olunan şəxslər dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir:

  • valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər;
  • I, II və III dərəcə əlilliyi olan şəxslər;
  • şəhid ailəsinin üzvləri;
  • 20 yaşına çatmamış və I dərəcə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər

Aşağıda qeyd olunan şəxslərin təhsil haqqı xərclərinin yarısı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək:

  • ünvanlı dövlət sosial yardımı alanlar;
  • hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:
  • I və II dərəcə əlilliyi olan şəxslər;
  • işsiz kimi qeydiyyatda olanlar;
  • yaşa görə əmək pensiyaçıları;
  • yaşa görə sosial müavinət alanlar.

Dövlət təhsilalanların peşə təhsili səviyyələri üzrə peşə təhsili müəssisələrində dövlət hesabına yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.

Peşə təhsil mərkəzinə qəbul olduqda sənədlərin təqim edilməsi:
Peşə təhsil pilləsi üzrə tələbə qəbul olduqda aşağıda qeyd olunan sənədləri qəbul olunduğu peşə təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər:

  • attestatın əsli;
  • sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;
  • sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi;
  • şəxsiyyət vəsiqəsinin surəti;
  • 3 x 4 sm ölçüdə dörd ədəd fotoşəkil;
  • hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;
  • güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.