Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the woocommerce-more-sorting domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 6121
Rəhbərlik – Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi

Rəhbərlik

Nəbiyev Qalib Təsim oğlu

13 iyul 1977-ci ildə Qəbələ rayonunun Kötüklü kəndində anadan olmuşdur. 1984-1992-ci illərdə Kötüklü kənd tam orta məktəbində, 1992-1994-ci illərdə Bakı şəhəri 5 saylı kimya-biologiya liseyində orta təhsilini başa vurmuşdur.
1994-1998-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Əmtəə bazarında kommersiya fəaliyyətinin təşkili ixtisası üzrə bakalavr təhsili almışdır.
2005-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə magistr təhsilini fərqlənmə ilə bitirmişdir.
1998-1999, AR Ədliyyə Nazirliyi Pentensiar xidmətin N saylı h/h – də hərbi xidmət keçmişdir.
2001-2010-cu illərdə Milli QHT Forumu Qəbələ Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzində direktor vəzifəsində çalışmışdır.
2004-2008-ci illərdə Qəbələ/Oğuz rayonlarının sosial infrastrukturun bərpası və gəlir gətirən sahələrin inkişafına dəstək proqramı – İsveçrə İqtisadi Əməkdaşlıq Təşkilatında koordinator vəzifəsini icra etmişdir.
2008-2018-ci illərdə “Sosial İqtisadi İnkişafa Dəstək” İctimai Birliyində direktor vəzifəsində çalışmışdır.
2010-2018-ci illərdə “Məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması, gəlir imkanlarının artırılması proqramı”nın, “Məcburi köçkün gənclərin məşğulluğunun artırılması” layihəsinin direktoru vəzifəsini icra etmişdir.
2012-2018-ci illərdə İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsində Qrant təsdiq komissiyasının sədri vəzifəsini icra etmişdir.
2016-2020-ci illərdə Milli QHT Forumunun Vitse prezidenti olmuşdur.
2019-cu ildə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Qəbələ – Oğuz rayonları üzrə nümayəndəsi – Mütəxəssis (KOB Dostu) vəifəsini icra etmişdir.
2020-ci ildə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Qəbələ – Oğuz rayonları üzrə nümayəndəsi – Baş mütəxəssis (KOB Dostu, regional supervayzer) vəzifəsini icra etmişdir.
2020-ci ildən Azərbaycan Respublikası Təhsil Nazirliyi Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi publik hüquqi şəxsinin direktoru vəzifəsini icra edir.

Rəsulov Camal Qiyas oğlu

Rəsulov Camal Qiyas oğlu 9 sentyabr 1961-ci ildə Qəbələ şəhərində anadan olmuşdur. Qutqaşın rayon internat məktəbini və 1984-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitunun “Kənd təsərrüfatının mexanikləşdirilməsi” fakultəsini bitirmişdir. 01 sentyabr 1984-cü ildə təyinatla Qutqaşın 141 nömrəli Orta Texniki Peşə Məktəbinə müəllim kimi göndərilmişdir.

1988-1993-cü illərdə baş usta vəzifəsində çalışmışdır.

Yenidən hazırlanma təhsili keçərək riyaziyyat-informatika müəllimi ixtisası almışdır. Dəfələrlə ixtisasartırma kurslarında və təlimlərdə iştirak etmişdir.

1996-cı ildən Tİİ üzrə direktor müavini vəzifəsində işləyir.

Ailəlidir, 2 övladı var.

Məmmədova Reyhan Səhrab qızı

Məmmədova Reyhan Səhrab qızı 25 dekabr 1967-ci ildə Ağdaş rayonunda ziyalı ailəsində anadan olmuşdur. 1975-ci ildə Ağdaş şəhər 2№ li orta məktəbə daxil olmuşdur. 1985-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnsitutunun tarix fakultəsinə daxil olmuşdur. 1990-cı ildə həmin intstitutu tarix, əlavə dövlət hüququ ixtisası üzrə bitirmişdir.

1990-2009-cu illər ərzində Qəbələ şəhər 2№li orta məktəbdə müəllim işləyib. 2009-2021-ci illər ərzində Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində Tİİ üzrə direktor müavini işləmişdir.

1 mart 2021-ci ildən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyir. Ailəlidir, 2 övladı var.

Rəfiyev Dağlar Azər oğlu

Rəfiyev Dağlar Azər oğlu 27 may 1992-ci ildə Qəbələ rayon Abrıx kəndində anadan olmuş, Abrıx kənd orta məktəbində oxumuşdur. 2013 –cü ildə Fövqəladə Hallar Nazirliyinin Akademiyasın “Yanğın Təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə leytenant hərbi rütbəsi ilə bitirmişdir. 2013-2015 FHN MMQ N saylı hərbi hissəsində taqım komandiri vəzifəsində xidmət etmişdir.

2017-ci ildən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində İnzibati-təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyir.

Ailəlidir, 2 övladı var.

Hacızadə Fuad Abdulla oğlu

14 aprel 1998-ci ildə Qəbələ rayonunun Qəmərvan kəndində anadan olmuşdur. 2004-ci ildə Hacıalılı kənd tam orta məktəbində tədrisə başlamışdır. 2010-2014-ci illərdə Şəki Azərbaycan-Türkiyə Özəl Liseyində təhsilini davam etdirmiş və 2015-ci ildə Hacıalılı kənd tam orta məktəbini bitirmişdir. 2015-2019-cu illər Azərbaycan Turizm və Menecment Universitetində təhsil almışdır. 2018-ci ildə İsraildə təcrübə proqramında iştirak etmişdir.
2021- 2023 illərdə “Gabala Hospitality Group” şirkətində qeydiyyatçı vəzifəsində çalışmışdır.
2023-cü il 11 sentyabr tarixindən etibarən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində direktor köməkçisi vəzifəsini icra edir.

Mustafayev Taryel Süleyman oğlu

05 Sentyabr 1972-ci ildə Qəbələ rayon Soltannuxa kəndində anadan olmuşdur. 1979-1989-cu illərdə Soltannuxa kənd orta məktəbində təhsil alıb. 1990-1995-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki Aqrar) Meyvə – tərəvəz və üzümçülük üzrə bakalavr təhsilini almışdır. 1996-1998-ci illərdə Bağçılıq və Subtropik bitkilər Elmi tədqiqat institutunun Qəbələ filialında Kiçik elmi işçi vəzifəsində çalışmışdır. 2002-2004- cü illərdə N saylı Hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. 2006-2009 -cu illərdə Qəbələ “Jalə” şirələri zavodunda operator, 2010-2011-ci illərdə Lənkəran “Bağdan” şirələri zavodunda İstehsalat müdiri vəzifəsində çalışmışdır. 2011-2015-ci illərdə Qafqaz Sport və Qafqaz Riverside otellərində aqronom vəzifəsində çalışmışdır. 2018-ci il 01 Oktyabr tarixlərindən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində istehsalat təlim ustası kimi fəaliyyətə başlamışdır. 2023-cü il 19 Avqust tarixindən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Baş usta vəzifəsinə təyin olunmuşdur.
Ailəlidir. 3 övladı var.

İsmayılov Səfa Fikrət oğlu

İsmayılov Səfa Fikrət oğlu 18 yanvar 1978-ci ildə Qəbələ rayonunun Daşca kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1984-cü ildə Daşca kənd ibtidai məktəbin 1-ci sinifinə, 1993-cü ildə isə Zarağan kənd orta məktəbin 9-cu sinifinə qəbul olmuş və 1995-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir.
1995–2000-ci ildə Mingəçevir şəhərində yerləşən San-Marino Beynəlxalq Elmlər Akademiyası Akademik Mərkəzinin Azərbaycan filialının “İstehsalatın İqtisadiyatı və idarə edilməsi” fakultəsində təhsil almışdır.
2000-2001-ci illərdə hərbi xidmətdə olmuşdur.
01 oktyabr 2010-cu ildən 16 may 2016-cı il tarixinədək Qəbələ rayon İcra Hakimiyyətinin Kicik Pirəli kənd İnzibati ərazi dairəsində Baş məsləhətci-baş mühasib vəzifəsində işləmişdir.
2016-cı ildən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Baş mühasib vəzifəsində çalışır.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471