Nəbiyev Qalib Təsim oğlu

13 iyul 1977-ci ildə Qəbələ rayonunun Kötüklü kəndində anadan olmuşdur. 1984-1992-ci illərdə Kötüklü kənd tam orta məktəbində, 1992-1994-ci illərdə Bakı şəhəri 5 saylı kimya-biologiya liseyində orta təhsilini başa vurmuşdur.
1994-1998-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Əmtəə bazarında kommersiya fəaliyyətinin təşkili ixtisası üzrə bakalavr təhsili almışdır.
2005-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə magistr təhsilini fərqlənmə ilə bitirmişdir.
1998-1999, AR Ədliyyə Nazirliyi Pentensiar xidmətin N saylı h/h – də hərbi xidmət keçmişdir.
2001-2010-cu illərdə Milli QHT Forumu Qəbələ Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzində direktor vəzifəsində çalışmışdır.
2004-2008-ci illərdə Qəbələ/Oğuz rayonlarının sosial infrastrukturun bərpası və gəlir gətirən sahələrin inkişafına dəstək proqramı – İsveçrə İqtisadi Əməkdaşlıq Təşkilatında koordinator vəzifəsini icra etmişdir.
2008-2018-ci illərdə “Sosial İqtisadi İnkişafa Dəstək” İctimai Birliyində direktor vəzifəsində çalışmışdır.
2010-2018-ci illərdə “Məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması, gəlir imkanlarının artırılması proqramı”nın, “Məcburi köçkün gənclərin məşğulluğunun artırılması” layihəsinin direktoru vəzifəsini icra etmişdir.
2012-2018-ci illərdə İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsində Qrant təsdiq komissiyasının sədri vəzifəsini icra etmişdir.
2016-2020-ci illərdə Milli QHT Forumunun Vitse prezidenti olmuşdur.
2019-cu ildə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Qəbələ – Oğuz rayonları üzrə nümayəndəsi – Mütəxəssis (KOB Dostu) vəifəsini icra etmişdir.
2020-ci ildə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Qəbələ – Oğuz rayonları üzrə nümayəndəsi – Baş mütəxəssis (KOB Dostu, regional supervayzer) vəzifəsini icra etmişdir.
2020-ci ildən Azərbaycan Respublikası Təhsil Nazirliyi Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi publik hüquqi şəxsinin direktoru vəzifəsini icra edir.

Rəsulov Camal Qiyas oğlu

Rəsulov Camal Qiyas oğlu 9 sentyabr 1961-ci ildə Qəbələ şəhərində anadan olmuşdur. Qutqaşın rayon internat məktəbini və 1984-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitunun “Kənd təsərrüfatının mexanikləşdirilməsi” fakultəsini bitirmişdir. 01 sentyabr 1984-cü ildə təyinatla Qutqaşın 141 nömrəli Orta Texniki Peşə Məktəbinə müəllim kimi göndərilmişdir.

1988-1993-cü illərdə baş usta vəzifəsində çalışmışdır.

Yenidən hazırlanma təhsili keçərək riyaziyyat-informatika müəllimi ixtisası almışdır. Dəfələrlə ixtisasartırma kurslarında və təlimlərdə iştirak etmişdir.

1996-cı ildən Tİİ üzrə direktor müavini vəzifəsində işləyir.

Ailəlidir, 2 övladı var.

Məmmədova Reyhan Səhrab qızı

Məmmədova Reyhan Səhrab qızı 25 dekabr 1967-ci ildə Ağdaş rayonunda ziyalı ailəsində anadan olmuşdur. 1975-ci ildə Ağdaş şəhər 2№ li orta məktəbə daxil olmuşdur. 1985-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnsitutunun tarix fakultəsinə daxil olmuşdur. 1990-cı ildə həmin intstitutu tarix, əlavə dövlət hüququ ixtisası üzrə bitirmişdir.

1990-2009-cu illər ərzində Qəbələ şəhər 2№li orta məktəbdə müəllim işləyib. 2009-2021-ci illər ərzində Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində Tİİ üzrə direktor müavini işləmişdir.

1 mart 2021-ci ildən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyir. Ailəlidir, 2 övladı var.

Rəfiyev Dağlar Azər oğlu

Rəfiyev Dağlar Azər oğlu 27 may 1992-ci ildə Qəbələ rayon Abrıx kəndində anadan olmuş, Abrıx kənd orta məktəbində oxumuşdur. 2013 –cü ildə Fövqəladə Hallar Nazirliyinin Akademiyasın “Yanğın Təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə leytenant hərbi rütbəsi ilə bitirmişdir. 2013-2015 FHN MMQ N saylı hərbi hissəsində taqım komandiri vəzifəsində xidmət etmişdir.

2017-ci ildən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində İnzibati-təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyir.

Ailəlidir, 2 övladı var.

Hacızadə Fuad Abdulla oğlu

14 aprel 1998-ci ildə Qəbələ rayonunun Qəmərvan kəndində anadan olmuşdur. 2004-ci ildə Hacıalılı kənd tam orta məktəbində tədrisə başlamışdır. 2010-2014-ci illərdə Şəki Azərbaycan-Türkiyə Özəl Liseyində təhsilini davam etdirmiş və 2015-ci ildə Hacıalılı kənd tam orta məktəbini bitirmişdir. 2015-2019-cu illər Azərbaycan Turizm və Menecment Universitetində təhsil almışdır. 2018-ci ildə İsraildə təcrübə proqramında iştirak etmişdir.
2021- 2023 illərdə “Gabala Hospitality Group” şirkətində qeydiyyatçı vəzifəsində çalışmışdır.
2023-cü il 11 sentyabr tarixindən etibarən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində direktor köməkçisi vəzifəsini icra edir.

Mustafayev Taryel Süleyman oğlu

05 Sentyabr 1972-ci ildə Qəbələ rayon Soltannuxa kəndində anadan olmuşdur. 1979-1989-cu illərdə Soltannuxa kənd orta məktəbində təhsil alıb. 1990-1995-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki Aqrar) Meyvə – tərəvəz və üzümçülük üzrə bakalavr təhsilini almışdır. 1996-1998-ci illərdə Bağçılıq və Subtropik bitkilər Elmi tədqiqat institutunun Qəbələ filialında Kiçik elmi işçi vəzifəsində çalışmışdır. 2002-2004- cü illərdə N saylı Hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. 2006-2009 -cu illərdə Qəbələ “Jalə” şirələri zavodunda operator, 2010-2011-ci illərdə Lənkəran “Bağdan” şirələri zavodunda İstehsalat müdiri vəzifəsində çalışmışdır. 2011-2015-ci illərdə Qafqaz Sport və Qafqaz Riverside otellərində aqronom vəzifəsində çalışmışdır. 2018-ci il 01 Oktyabr tarixlərindən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində istehsalat təlim ustası kimi fəaliyyətə başlamışdır. 2023-cü il 19 Avqust tarixindən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Böyük usta vəzifəsinə təyin olunmuşdur.
Ailəlidir. 3 övladı var.

İsmayılov Səfa Fikrət oğlu

İsmayılov Səfa Fikrət oğlu 18 yanvar 1978-ci ildə Qəbələ rayonunun Daşca kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1984-cü ildə Daşca kənd ibtidai məktəbin 1-ci sinifinə, 1993-cü ildə isə Zarağan kənd orta məktəbin 9-cu sinifinə qəbul olmuş və 1995-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir.
1995–2000-ci ildə Mingəçevir şəhərində yerləşən San-Marino Beynəlxalq Elmlər Akademiyası Akademik Mərkəzinin Azərbaycan filialının “İstehsalatın İqtisadiyatı və idarə edilməsi” fakultəsində təhsil almışdır.
2000-2001-ci illərdə hərbi xidmətdə olmuşdur.
01 oktyabr 2010-cu ildən 16 may 2016-cı il tarixinədək Qəbələ rayon İcra Hakimiyyətinin Kicik Pirəli kənd İnzibati ərazi dairəsində Baş məsləhətci-baş mühasib vəzifəsində işləmişdir.
2016-cı ildən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Baş mühasib vəzifəsində çalışır.