Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the woocommerce-more-sorting domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 6121
Şöbə rəhbərləri – Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi

Şöbə rəhbərləri

Məmmədova Əfsanə Arzu qızı

Məmmədova Əfsanə Arzu qızı 20 oktyabr 1994-cü ildə Qəbələ şəhərində anadan olmuşdur. 2012-ci ildə Qəbələ şəhər 3 saylı tam orta məktəbdə orta təhsilini başa vurmuşdur. 2012-2016-cı illərdə Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin Kompüter mühəndisliyi ixtisası üzrə bakalavr təhsilini bitirmişdir.
2020-2021-ci illərdə Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində kitabxanaçı və daha sonra istehsalat təlim ustası vəzifəsində çalışmışdır. 2020-ci ilin sonlarından etibarən Qəbələ Peşə məktəbində kadrlar üzrə mütəxəssis vəzifəsinə təyin edilmişdir.
2021-ci il 01 mart tarixindən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində İqtisadiyyat və Maliyyə şöbəsinin baş mütəxəssisi vəzifəsində daha sonra həmin şöbənin müdiri vəzifəsində çalışmışdır. 2022-ci ilin mart ayından Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi üzrə Tədris şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərir.

Əhmədli Əhməd Yaqub oğlu

Əhmədli Əhməd Yaqub oğlu 22 mart 1996-cı ildə Qəbələ rayon Nohurqışlaq kəndində anadan olmuşdur. 2013-cü ildə Nohurqışlaq kənd İ.Abdulkərimov adına tam orta məktəbin 11-ci sinfini bitirmişdir.
2013-2017-ci illərdə Mingəçevir Dövlət Universitetinin “Elektroenergetika mühəndisliyi” ixitasını bakalavr dərəcəsi ilə bitirmişdir.
2017-2018 ci ildə illərdə AR Ədliyyə Nazirliyi Pentensiar xidmətin N saylı h/h-də hərbi xidmət keçmişdir.
2018-2021-ci illərdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində istehsalat təlim ustası vəzifəsində çalışmışdır. 2021-ci ildən Təhsilalanlarla iş şöbəsində şöbə müdirinin müavini vəzifəsində çalışmışdır. 2024-cü ilin mart ayından etibarən Təhsilalanlarla iş şöbəsində şöbə müdiri vəzifəsində işləyir.
Ailəlidir, 2 övladı var.

Eyvazov Elnur Sərdar oğlu

Eyvazov Elnur Sərdar oğlu 9 sentyabr 1986-cı ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1993-1998 ci illərdə Mingəçevir şəhər N.Gəncəvi adına 8 saylı tam orta məktəbində, 1998-2004 – cü illərdə Qəbələ rayon Vəndam qəsəbəsində Eldəniz Mehdiyev adına 1 saylı tam orta məktəbində orta təhsilini başa vurmuşdur.

2004-2008 –ci illərdə Azərbaycan Dövlət Texnologiya Universitetində (Gəncə şəhəri) Ətraf mühitin mühəndis mühafizəsi ixtisasi üzrə bakalavr təhsili almışdır.

2007-2008-ci illərdə Azsığorta ASC-nin Qəbələ filialında sığorta mütəxəssisi işləmişdir.

2008-2010-cu illərdə Naxçıvan MR Culfa-Ordubad şəhərlərində Müdafiə Nazirliyinin N saylı h/h –də taqım komandiri kimi hərbi xidmət keçmişdir.

2010-2011-ci illərdə Gilan MMC-nin sok zavodunda operator vəzifəsində işləmişdir.

2013-2016 –cı illərdə FHN-nin Qəbələ rayonunda yerləşən MMQ –nin N saylı h/h taqım və bölük komandiri vəzifələrində xidmət etmişdir.

2020-2021-ci illərdə Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində Təsərrüfat müdiri vəzifəsində işləmişdir. 1 mart 2021-ci ildən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində İnzibati-təsərrüfat şöbəsinin müdiri işləyir.

Ailəlidir, 2 övladı var.

Əliyev Orxan Nizami oğlu

Əliyev Orxan Nizami oğlu 25 avqust 1987-ci ildə Qəbələ rayon Mirzəbəyli kəndində anadan olmuşdur. 2005 ci ildə Mirzəbəyli kənd tam orta məktəbinin 11-ci sinfini bitirmişdir. 2005 – 2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Standartlaşdırma və sertifikasiya” ixtisasını bakalavr dərəcəsi üzrə bitirmişdir. 2009-2010-cu illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir.
2011-2012-ci illərdə Qəbələ Su-Kanal idarəsində kompüter-operatoru vəzifəsində çalışmışdır.

2013-2020-ci illərdə “Unibank KB” ASC-də kassa müdiri vəzifəsində çalışmışdır.

2021-ci ildən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində mühasib, daha sonra İqtisadiyyat və Maliyyə şöbəsinin baş mütəxəssisi kimi fəaliyyət göstərmişdir.

01 dekabr 2022-ci ildən etibarən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin İqtisadiyyat və Maliyyə şöbəsinin müdiri vəzifəsini icra edir.

Ailəlidir, 1 övladı var.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471