Məmmədova Əfsanə Arzu qızı

Məmmədova Əfsanə Arzu qızı 20 oktyabr 1994-cü ildə Qəbələ şəhərində anadan olmuşdur. 2012-ci ildə Qəbələ şəhər 3 saylı tam orta məktəbdə orta təhsilini başa vurmuşdur. 2012-2016-cı illərdə Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin Kompüter mühəndisliyi ixtisası üzrə bakalavr təhsilini bitirmişdir.
2020-2021-ci illərdə Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində kitabxanaçı və daha sonra istehsalat təlim ustası vəzifəsində çalışmışdır. 2020-ci ilin sonlarından etibarən Qəbələ Peşə məktəbində kadrlar üzrə mütəxəssis vəzifəsinə təyin edilmişdir.
2021-ci il 01 mart tarixindən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində İqtisadiyyat və Maliyyə şöbəsinin baş mütəxəssisi vəzifəsində daha sonra həmin şöbənin müdiri vəzifəsində çalışmışdır. 2022-ci ilin mart ayından Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi üzrə Tədris şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərir.

Məhərrəmov Anar Mansur oğlu

13 iyun 1988-ci ildə Qəbələ rayonunun Hacallı kəndində anadan olmuşdur.
1995-2006-cı illərdə Qəbələ rayonunun Hacıalılı kənd tam orta məktəbində orta təhsilini başa vurmuşdur.
2006-2010-cu illərdə Azərbaycan Texnologiya Universitetində Turizm və Sosial-Mədəni Servis Xidməti ixtisası üzrə bakalavr təhsilini fərqlənmə ilə bitirmişdir.
2011-2014-cü illərdə Azərbaycan Texnologiya Universitetində Turizm və Sosial-Mədəni Servis Xidməti ixtisası üzrə magistr təhsili almışdır.
2010-2011-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı h/h – də hərbi xidmət keçmişdir.
2011-2013-cü illərdə Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində Mehmanxana inzibatçısı və Turizm agenti üzrə İstehsalat təlim ustası vəzifəsində çalışmışdır.
2011-2013-cü illərdə Qafqaz Resort Hoteldə kassir vəzifəsində çalışmışdır.
2013-cü ildə Qəbələ Südçülük Kompleksində Tərcüməçi-Proqramist vəzifəsini icra etmişdir.
2013-2015-ci illərdə Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzində icraçı direktor vəzifəsində çalışmışdır.
2015-2018-ci illərdə Mədəniyyət və Turizm Nazirliyinin Qəbələ Turizm İnformasiya Mərkəzində direktor vəzifəsində çalışmışdır.
2018-ci ildə Travel Center MMC-də direktor vəzifəsində çalışmışdır.
2018-2020-ci illərdə Qafqaz Tufandag Mountain Resort Hotel və Qafqaz Riverside Hotelin gecə meneceri vəzifəsini icra etmişdir.
2020-2021-ci illərdə Gabala Hospitality Group-da Təlim və İnkişaf meneceri vəzifəsində çalışmışdır.
2021-ci ildən Azərbaycan Respublikası Təhsil Nazirliyi Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi publik hüquqi şəxsində Təhsilalanlarla iş şöbəsinin müdiri vəzifəsini icra edir.

Eyvazov Elnur Sərdar oğlu

Eyvazov Elnur Sərdar oğlu 9 sentyabr 1986-cı ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1993-1998 ci illərdə Mingəçevir şəhər N.Gəncəvi adına 8 saylı tam orta məktəbində, 1998-2004 – cü illərdə Qəbələ rayon Vəndam qəsəbəsində Eldəniz Mehdiyev adına 1 saylı tam orta məktəbində orta təhsilini başa vurmuşdur.

2004-2008 –ci illərdə Azərbaycan Dövlət Texnologiya Universitetində (Gəncə şəhəri) Ətraf mühitin mühəndis mühafizəsi ixtisasi üzrə bakalavr təhsili almışdır.

2007-2008-ci illərdə Azsığorta ASC-nin Qəbələ filialında sığorta mütəxəssisi işləmişdir.

2008-2010-cu illərdə Naxçıvan MR Culfa-Ordubad şəhərlərində Müdafiə Nazirliyinin N saylı h/h –də taqım komandiri kimi hərbi xidmət keçmişdir.

2010-2011-ci illərdə Gilan MMC-nin sok zavodunda operator vəzifəsində işləmişdir.

2013-2016 –cı illərdə FHN-nin Qəbələ rayonunda yerləşən MMQ –nin N saylı h/h taqım və bölük komandiri vəzifələrində xidmət etmişdir.

2020-2021-ci illərdə Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində Təsərrüfat müdiri vəzifəsində işləmişdir. 1 mart 2021-ci ildən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində İnzibati-təsərrüfat şöbəsinin müdiri işləyir.

Ailəlidir, 2 övladı var.

Əhmədli Əhməd Yaqub oğlu

Əhmədli Əhməd Yaqub oğlu 22 mart 1996-cı ildə Qəbələ rayon Nohurqışlaq kəndində anadan olmuşdur. 2013-cü ildə Nohurqışlaq kənd İ.Abdulkərimov adına tam orta məktəbin 11-ci sinfini bitirmişdir.
2013-2017-ci illərdə Mingəçevir Dövlət Universitetinin “Elektroenergetika mühəndisliyi” ixitasını bakalavr dərəcəsi ilə bitirmişdir.
2017-2018 ci ildə illərdə AR Ədliyyə Nazirliyi Pentensiar xidmətin N saylı h/h-də hərbi xidmət keçmişdir.
2018-2021-ci illərdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində istehsalat təlim ustası vəzifəsində çalışmışdır.
2021-ci ildən Təhsilalanlarla iş şöbəsində şöbə müdirinin müavini olaraq işləyir.
Ailəlidir, 1 övladı var.