Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi aqrar sahədə Dual Peşə Təhsili və Təlimi təhsil proqramının icrası istiqamətində tədbir həyata keçirib.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi aqrar sahəsində Dual Peşə Təhsili və Təlimi təhsil proqramının icrası istiqamətində tədbir keçirib. Tədbir “Üzümçülük və şərab ustası” ixtisası üzrə təhsil alan tələbələrlə və müəssisədən olan mentorlarla birlikdə Savalan Wines şirkətində baş tutub. Görüşdə tələbələrlə üçtərəfli müqavilələr imzalanıb, eyni zamanda tələbələrin müəssisədəki iş qrafikləri müəyyənləşdirilib.

Dual peşə təhsili və təlimi Təhsil Proqramına uyğun olaraq tələbələr tədris ilinin sonuna kimi təhsil müəssisəsində ilkin baza biliklərə sahiblənəcəklər. Növbəti mərhələdə seçilmiş 15 nəfər tələbə peşə təhsil müəssisəsində nəzəri biliklərlə yanaşı, müəssisədə praktiki bacarıqlara yiyələnəcəklər.

Bir illik tədris müddətinin sonunda tələbələr həm nəzəri biliklər əldə edəcək, həm də “Savalan ASPİ Winery” MMCşirkətində təcrübə qazanaraq diplom əldə edəcəklər.

“Üzümçülük və şərab ustası” təhsil alan tələbələrin “Savalan ASPİ Winery” MMC ilə bağlanmış müqaviləyə əsasən tədris ili boyunca müxtəlif dövrlərdə tədris planına uyğun olaraq, istehsalat təlimi və təcrübəsi təşkil olunacaqdır.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncləri” mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən tədris istehsalat işləri üzrə direktor müvini Camal Rəsulov Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun uğurlarından danışıb. O, Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutduğunu qeyd edib.

Daha sonra çıxış edən mərkəzin Azərbaycan dili və ədəbiyyat müəllimi Abdulhüseynli Çinarə ölkəmizdə gənclərin sağlam inkişafını təmin edən dövlət siyasətindən danışaraq, Ulu Öndərimizin müstəqil Azərbaycan dövlətinin yaradılmasında, müstəqilliyimizin qorunmasında, iqtisadiyyatın inkişafında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun gücləndirilməsindəki titanik fəaliyyəti haqda məlumat verib.

Tədbir zamanı Mərkəzin “Mehmanxana və restoran işinin təşkili və idarə edilməsi” ixtisasının I kurs tələbələri tərəfindən Ulu Öndər Heydər Əliyevin həyatı ilə bağlı hazırlanan videoçarx nümayiş edilib.

Tələbələr həmçinin Ümummilli Lider Heydər Əliyevin uğurlu siyasəti haqqında fikirlər səsləndirərək, gənclərimizə olunan diqqət, qayğı və sevgini hər zaman hiss etdiklərini vurğulayıblar.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Turizm sahəsində Dual peşə təhsili və təlimi proqramının icrası istiqamətində tədbir keçirib.

Tədbir “Aşpaz” və “Turizm sahəsində iaşə üzrə mütəxəssis” ixtisasları üzrə təhsil alan tələbələrlə və müəssisədən olan kuratorlarla birlikdə Qafqaz Riversite Hoteldə baş tutub. Görüşdə tələbələrlə üçtərəfli müqavilələr imzalanıb, eyni zamanda tələbələrin otellərdəki iş qrafikləri müəyyənləşdirilib.

Dual peşə təhsili və təlimi Təhsil Proqramına uyğun olaraq tələbələr tədris ilinin sonuna qədər təhsil müəssisəsində ilkin baza biliklərə sahibləniblər. Növbəti mərhələdə seçilmiş 32 nəfər tələbə peşə təhsil müəssisəsində nəzəri biliklərlə yanaşı, qabaqcıl otellərdə seçilmiş şirkətdaxili təlimçilər vasitəsilə praktiki bacarıqlara yiyələnəcəklər.

Bir illik tədris müddətinin sonunda tələbələr həm nəzəri biliklər əldə edəcək, həm də “Qafqaz-Qəbələ” MMC-nin otellərində təcrübə qazanaraq diplom əldə edəcəklər.

“Aşpaz” və “Turizm sahəsində iaşə üzrə mütəxəssis” ixtisaslarında təhsil alan tələbələrin Qafqaz – Qəbələ MMC ilə bağlanmış müqaviləyə əsasən tədris ili boyunca müxtəlif dövrlərdə tədris planına uyğun olaraq, istehsalat təlimi və təcrübəsi təşkil olunacaqdır.

Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində keçirilən proqramın məqsədi sənaye nümayəndələri ilə birlikdə təcrübə əsaslı biliklərin tələbələrə ötürülməsinə imkan yaratmaqdır.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Regional İnkişaf” İctimai Birliyinin (#RİİB) Azad Mirzəcanzadə İnkişaf Proqramının təqdimat tədbiri keçirilib.

Tədbir iştirakçılarına proqramın məqsədi, icra mərhələləri, qeydiyyat və seçim prosesi ilə bağlı ətraflı məlumat verilib.

Proqrama qoşulmaq istəyən 18-35 yaşarası hər bir Azərbaycan vətəndaşı https://bitly.ws/VVKj link vasitəsilə qeydiyyatdan keçə bilər.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “27 sentyabr Anım günü və 8 noyabr Zəfər günü ilə bağlı Tədbirlər Planı” çərçivəsində İkinci Qarabağ müharibəsində iştirak edən mühəndis -pedaqoji heyətin üzvlərinin, təhsil alan müharibə iştirakçıları və qazi tələbələrin iştirakı ilə tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, daha sonra şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Tədbirdə Mərkəzin İkinci Qarabağ müharibəsində iştirak edən mühəndis -pedaqoji heyətin üzvləri Azərbaycanın qüdrətli ordusunun ermənilər üzərində qələbəsindən və Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər, zabitlərimiz, qazilərimiz və şəhid ailələrinə göstərilən diqqət, qayğıdan danışmışdırlar.

Hal-hazırda işğaldan azad edilmiş bölgələrdə həyata keçirilən sürətli bərpa və quruculuq işlərinin Azərbaycan iqtisadiyyatının inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd etmişdirlər.

Torpaqlarımızın azad olunmasında payı olan tələbə heyətini qazanılmış qələbə münasibətilə bir daha ürəkdən təbrik edərək, onlara təhsil aldıqları 2023-2024-cü tədris ili üzrə uğurlar arzulamışdırlar.

Daha sonra Mərkəzdə təhsil alan müharibə iştirakçıları və qazi tələbələri tərəfindən çıxışlar edilmiş, müharibə zamanı yaşadıqları xatirələr Mərkəzin tələbələri tərəfindən böyük maraq və qürur hissi ilə dinlənilmişdir.

Bir daha Torpaqlarımızın azad olunmasında canından keçərək şəhidlik zirvəsinə ucalan Azərbaycan oğullarına Allahdan rəhmət və onların ailələrinə səbr, qazilərimizə isə tezliklə öz sağlamlıqlarına qovuşmağı diləyirik.