18 May bütün dünyada “Beynəlxalq Muzeylər Günü” kimi geniş qeyd edilir. Bu münasibətlə Təhsil Mərkəzinin tarix müəllimi Z. Hüseynova və dil – ədəbiyyat müəllimi F. Tağıyevanın rəhbərliyi ilə 14 May tarixində I kurs “Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru” ixtisası üzrə 341 №-li qrupun tələbələrinin “Qəbələ Tarix – diyarşünaslıq” muzeyinə ekskursiyası təşkil edilmişdir. Tələbələr xatirə şəkilləri çəkdirib, sonra isə bələdçinin köməyi ilə muzeyin eksponatları ilə tanış olublar.
Sonra isə Muzeylər Gününə həsr olunmuş “Açıq dərs” keçirilib. Dərsdə tələbələr qədim alban qəbir abidələri ilə tanış olmuşlar.