Müqavilə əsasında müvafiq ixtisaslar üzrə müəssisənin istehsalat bazasının icarəsinə, eyni zamanda bu ixtisaslar üzrə fəaliyyət göstərən mütəxəssislərin sual bazasının hazırlanması prosesinə və qiymətləndirmə komissiyasına ekspert olaraq cəlb edilməsinə başlanılıb.
Sözügedən əməkdaşlıq çərçivəsində bir neçə peşə ixtisasları üzrə qeyri-formal və informal təhsil almış vətəndaşlar qiymətləndirmə prosesində iştirak edirlər.
Şəki, Yevlax, Ağcabədi, Beyləqan rayonlarından olan 8 nəfər gənc Baytar texniki sertifikatının əldə edilməsi üzrə Gilan Dairy Farms MMC-də praktiki qiymətləndirmə imtahanı keçirilib.
Uğurlu nəticə göstərəcək şəxslərə sertifkatarın təqim edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, müvafiq istiqamət üzrə qiymətləndirmə materiallarının hazırlanması üzrə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Heyvandarlıq mütəxəssisi ixtisası üzrə istehsalat təlim ustası Şahsun Abbasbəyli Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən sertifikata layiq görülüb və ekspert kimi cəlb edilmişdir.