Təşəbbüs Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Təqaüd proqramı (Eastern Partnership Civil Society Facility) çərçivəsində həyata keçirilir.
Təhsil sahəsində ixtisaslaşan Education HUB tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə əməkdaşlıqda 2023-cü ilin fevral-sentyabr aylarında Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində “Ucqar bölgələrdə incəsənət alətlərinin tətbiqinin inkişaf etdirilməsi” təşəbbüsü həyata keçirilir.
3 iyun tarixində Qəbələ rayonunda hər 2 peşə təhsil məktəblərinin – Qəbələ və İsmayıllı DPTM iştirakçıları “Layihə ideyalarının təqdimatı” adlı sonuncu təlim üçün bir araya gəliblər. Təlimçi Gülnara İsmailova iştirakçılara növbəti 3 ay ərzində qruplar şəklində öz icmalarında həyata keçirəcəkləri təşəbbüsləri daha da formalaşdırmaq üçün yardımçı olub. İştirakçılar təşəbbüs ideylarını plana əsasən hazırlayaraq təqdim ediblər.
Qeyd edək ki, iştirakçılar qruplar şəklində növbəti 3 ay ərzində öz təşəbbüslərini həyata keçirəcəklər. Bu təşəbbüslərin icrasında onlara mentor dəstəyi də göstəriləcək. Həmçinin sonda təşəbbüslərin nəticələrinin paylaşılması məqsədi daşıyan festival həyata keçiriləcək.
Təşəbbüsün əsas məqsədi gəncləri layihələrin idarəolunmasına hazırlamaq və icma layihələri konsepsiyalarının öyrədilməsi, həmçinin incəsənət vasitələrindən istifadə etməklə sosial layihə idarəçiliyinə hazırlamaqdır.